"Azər-Türk Bank"ın cəmi aktivləri 2 milyard manata yaxınlaşıb

"Azər-Türk Bank" ASC (ATB) 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 6 milyon 924 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 13 milyon 550 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ATB-nin xalis mənfəəti təxminən 2 dəfə və ya 6 milyon 626 min manat azalıb. ATB-nin xalis mənfəətinin azalması depozitlər üzrə faiz xərclərinin və mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. Yüksək depozit faizləri, bir sıra banklarda olduğu kimi, ATB-də də gəlirlərin xeyli hissəsini silib.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Azər-Türk Bank" ASC-nin faiz gəlirləri 2025-ci ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 79 min manat və ya 34,8% artaraq 66 milyon 164 min manat, qeyri-faiz gəlirləri 567 min manat və ya 3% azalaraq 18 milyon 887 min manat təşkil edib.
2025-ci ilin 1-ci yarısında "Azər-Türk Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 84 milyon 484 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 72 milyon 616 min manat, gəlirlər xərcləri üstələditindən əməliyyat mənfəəti 11 milyon 868 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 393 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb, 1 milyon 550 min manat mənfəət vergisi ödəyib  
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 1-ci yarısında "Azər-Türk Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 67 milyon 972 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 49 milyon 915 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 57 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 12 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırmış, 2 milyon 496 min manat mənfəət vergisi ödəmişdi.
"Azər-Türk Bank"ın faiz xərcləri 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 15 milyon 983 min manat və ya 80,3% artaraq 35 milyon 889 min manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 14 milyon 74 min manat və ya 80% artaraq 31 milyon 660 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2024-cü ilin İyun ayının sonu ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi aktivləri 422 milyon 355 min manat və ya 28,2% artaraq  1 milyard 918 milyon 414 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 54 milyon 873 min manat və ya 7,3% artaraq 806 milyon 467 min manata yüksəlib.
 "Azər-Türk Bank"da depozitlər isə 252 milyon 878 min manat və ya 28,3% artaraq 1 milyard 144 milyon 650 min manata çatıb.
30 iyun 2025-ci il tarixində "Azər-Türk Bank"ın 107 milyon 697 min manat məcmu kapitala malik olub.
2024-cü ilin sonunda "Azər-Türk Bank" ASC-nin nizamnamə kapitalının 75%-i Azərbaycan Respublikası Hökumətinə (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), 12,37%-i T.C. Ziraat Bankası A.Ş-yə, 6,55%-i  "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i "Qala Həyat " Sığorta Şirkəti ASC-yə, 1.08%-i "Ziraat Bank International AG"yə məxsus olub. 
"Azər-Türk Bank" ASC səhmdarlarınının Ümumi Yığıncağının 2024-cü ilin iyul ayında qəbul etdiyi qərara əsasən, ASC-də dövlətə məxsus səhmlərin bir hissəsi (51%) Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verilməlidir. Bu yaxınlarda SOCAR bildirib ki, 2024-cü ildə "Azər-Türk Bank" ASC-nin satınalınması əməliyyatı həyata keçirilib. 

Banklar     Tarix: 18 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq