"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibinə dəyişiklik ediləcək
"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti səhmdarların növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib.
Banker.az xəbər verir ki, yığıncaq 25 avqust 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən çağırılan növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı mühüm məsələ daxil edilib:
"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bəndini rəhbər tutaraq bildirilir ki, səhmdarlar ümumi yığıncağın gündəliyindəki məsələyə münasibətlərini (lehinə, əleyhinə və bitərəf) dəqiq və şərtsiz bildirməklə səsvermədə qiyabi iştirak edə bilərlər.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları