Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı
AccessBank, mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS) üçün enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə Global Climate Partnership Fund S.A. (GCPF, responsAbility Investments AG tərəfindən idarə olunur) ilə 7,5 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalayıb.
Marja xəbər verir ki, bu, GCPF ilə əməkdaşlığın ikinci mərhələsidir. Birinci tranş 2023-cü ilin dekabr ayında, COP29 ərəfəsində uğurla həyata keçirilmiş və yaşıl layihələrin maliyyələşdirilməsinə yönəldilmişdi: "Yeni, daha böyük həcmli tranş Azərbaycanın yaşıl inkişaf gündəliyinin dəstəklənməsinə xidmət etməklə yanaşı, AccessBank-ın ekoloji dayanıqlı həllərin və məsuliyyətli biznes təcrübələrinin təşviqində rolunu daha da möhkəmləndirir".
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
"GCPF ilə əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın iqtisadiyyatının dekarbonizasiyası ilə şaxələndirilməsinə töhfə verməkdən qürur duyuruq. Yaşıl maliyyələşmənin genişləndirilməsi həm dayanıqlı iqtisadiyyatın formalaşmasına, həm də mikro, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli dəstək olacaq.", - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar