Azərbaycan bankı Avropa bankından 10 milyon dollar əlavə kredit aldı

Azərbaycan bankı Avropa bankından 10 milyon dollar əlavə kredit aldıAzərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində aparıcı maliyyə institutlarından biri olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə mövcud kredit xəttini uğurla genişləndirərək, əlavə 10 milyon ABŞ dolları məbləğində ikinci tranşı əldə etdiyini elan edib.
Bankın yaydığı məlumatda bildirilir ki, bu vəsait ölkə üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və inkişafına yönəldiləcək.
"Yeni maliyyələşdirmə AccessBank-ın Azərbaycanda davamlı iqtisadi inkişafın vacib qüvvələrindən biri kimi rolunu daha da gücləndirəcək və yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək", -məlumatda bildirilir.
"Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AccessBank-ın strateji prioritetlərindən biridir. AYİB-dən əldə olunan bu yeni maliyyələşdirmə bizə, xüsusilə də MKOS kreditlərinə artan tələbat fonunda, müştərilərimizin kapitala çıxış imkanlarını daha da genişləndirməyə imkan verir. AYİB ilə uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq. Əməkdaşlığımız ortaq dəyərlər və davamlı iqtisadi inkişafa sadiqlik üzərində qurulub," – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Vurğulanıb ki, AYİB-in maliyyə dəstəyi, həmçinin, inklüziv iqtisadi artımın təşviqinə və Azərbaycanda özəl sektorun rolunun gücləndirilməsinə xidmət edir. Bu tərəfdaşlıq hər iki qurumun – sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionda maliyyə dayanıqlığının artırılması istiqamətindəki ortaq səylərini əks etdirir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

Banklar     Tarix: 16 may 2025

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari