"Azərbaycan Banklar Assosiasiyası"nın Rəyasət Heyətinin tərkibində dəyişiklik olub
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin (RH) tərkibində dəyişiklik olub.
ABA-nın məlumatına əsasən, bununla bağlı qərar qurumun Ümumi Yığıncağında qəbul edilib.
Qərara əsasən, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Rövşən Allahverdiyev və "Xalq Bank" ASC-nin MŞ-nın sədri Asim Məmmədli RH-dən kənarlaşdırılıb, onların yerinə "Kapital Bank"ın İdarə Heyətinin (İH) sədri Fərid Hüseynov və "Xalq Bank"ın İH-nin sədri Kamran Məcidov seçiliblər. RH-nin sədri "Rabitəbank" ASC-nin MŞ-nın sədri Zakir Nuriyev qalıb, digər üzvlər isə aşağıdakı kimi saxlanılıb:
– "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH-nin sədri Abbas İbrahimov,
– "PAŞA Bank" ASC-nin İH-nin sədri Cavid Quliyev;
– "Bank Respublika" ASC-nin MŞ-nın sədri Şakir Rəhimov;
– "Bank of Baku" ASC-nin MŞ-nın sədri Elçin İsayev;
– "Unibank" ASC-nin MŞ-nın sədri Eldar Qəribov;
– "Yapı Kredi Bank Azərbaycan" ASC-nin İH-nin sədri Cenk Yüksel;
– "Ziraat Bank Azərbaycan" ASC-nin İH-nin sədri Səlcuq Dəmir;
– "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin sədri Məmməd Musayev;
Yığıncaqda həmçinin ABA və törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatı, 2025-ci il üzrə iş planı, Assosiasiyanın 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə edilib.
ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək, fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 22 bank və 2 BOKT, 4 digər təşkilat ABA-nın üzvüdür. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?