"Azərbaycan bankları xarici banklardan vəsait cəlb edib, kreditləri ucuzlaşdırmalıdırlar"
Bu gün Azərbaycan banklarının xarici banklarla əməkdaşlığı demək olar ki, sıfır səviyyəsindədir.
Bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Əvvəllər Almaniya və digər ölkələrin banklarından müəyyən vəsaitlər alınırdı, kredit kimi vətəndaşlara verilirdi. Həm banklarımız qazanırdı, həm da kredit faizləri aşağı düşürdü. Amma bu gün bu imkanlar aradan qalxıb. Xüsusilə vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olması üçün verilən kreditlərin faizləri çox yüksəkdir - illik 14 %-dən başlayır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, ölkədə valyuta-dəyişmə məntəqələrinin sayı artırılmalı və hamısı şənbə-bazar günlərində işləməlidir: "Valyuta-dəyişmə məntəqələri demək olar ki, ancaq bankların içində yerləşir. Vətəndaşlar şənbə-bazar günlərində pul dəyişmək üçün yer axtarmağa məcbur olur. Rayon yerlərində "qara bazar" aktiv fəaliyyət göstərir, pullar müəyyən yerlərdə əldə dəyişdirilir və bundan dövlətə xeyir gəlmir".
© "Report"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?