Azərbaycan banklarında əlaqəli depozitlərin payı məcburi ehtiyatlarda nəzərə alınacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na dəyişiklik edib.
Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, məcburi ehtiyatların norması əlaqəli depozitlərin cəmi payından, banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından, eyni zamanda milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin 1 milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin 750 milyon manat ekvivalentini üstələməsindən asılı olaraq diferensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən ediləcək.
Bundan başqa, əlaqəli depozitlərin cəmi depozitlərdə payı və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payı hesablama dövrü üzrə orta günlük qalığı əsasında hesablanacaq və məcburi ehtiyatlar üzrə hesabatda göstəriləcək.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?