Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət

Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəətAzərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2026-cı il avqustun 31-nə 62 milyard 475 milyon 900 min manata çatıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, 31 avqust 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 508, şöbələrinin sayı 80, ATM-lərin sayı 3 min 507 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,8% və ya 218 nəfər artaraq 27 min 773 nəfər təşkil edib.   
Fəaliyyətdə olan bankların cəmi aktivləri 62 milyard 475 milyon 900 min manat, cəmi öhdəlikləri 54 milyard 722 milyon 700 min manat, balans kapitalı 7 milyard 753 milyon 200 min manat olub. Avqust ayında bankların cəmi aktivləri 2,5%, cəmi öhdəlikləri 2,6%, balans kapitalı isə 1,4% artıb.   
Kredit portfeli 32,8 milyard manata çatıb
Hesabat ayında bankların kredit portfeli 2,3% və ya 728 milyon 900 min manat artaraq 32 milyard 824 milyon 200 min manat olub.
Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54,3% və ya 17 milyard 822 milyon 900 min manat, istehlak kreditlərinin payı 31,3% və ya 10 milyard 261 milyon 100 min manat, ipoteka kreditlərinin payı isə 14,4% və ya 4 milyard 740 milyon 200 min manat təşkil edib.
Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9,2% və ya 2 milyard 761 milyon 200 min manat artıb. 2025-ci ilin müvafiq dövründə artım 4,5% olmuşdu.    
Banklardakı depozitlər 41,8 milyard manata yaxınlaşıb
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 76,4%-i və ya 41 milyard 792 milyon 500 min manat.
Depozit portfelinin 57,4%-i və ya 23 milyard 981 milyon 600 min manatı hüquqi şəxslərin, 42,6%-i və ya 17 milyard 810 milyon 900 min manatı fiziki şəxslərin depozitlərindən – fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla – ibarət olub.   
Fiziki şəxslərin əmanətlərinin 71,2%-i və ya 12 milyard 684 milyon 600 min manatı milli valyutada, 28,8%-i və ya 5 milyard 126 milyon 300 min manatı xarici valyutada olub.
Fiziki şəxslərin əmanət portfelinin 64,7%-i və ya 11 milyard 520 milyon 700 min manatı müddətli əmanətlərdən ibarət olub. Avqust ayında fiziki şəxslərin müddətli əmanətləri 1,6% və ya 178 milyon 500 min manat artaraq 11 milyard 520 milyon 700 min manat təşkil edib.   
2026-cı ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,2% və ya 2 692 əmanətçi, ilin əvvəlindən isə 16,4% və ya 31 922 əmanətçi artaraq 226,1 min nəfər təşkil edib.    
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 337 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5%-ni təşkil edib.    
Banklar 8 ayda 949 milyon 700 min manat xalis mənfəət əldə edib
2026-cı ilin yanvar-avqust aylarında banklar 949 milyon 700 min manat xalis mənfəət, 1 milyard 487 milyon 700 min manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 245 milyon 800 min manat məbləğində mənfəət vergisi ödənilib.     
Manatla pul kütləsi 44,4 milyard manata yüksəlib
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10% artaraq 44 milyard 416 milyon 600 min manat təşkil edib.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 330 milyon manat artaraq 3 milyard 591 milyon 800 min manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.  
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 189 min ədəd artaraq 22 milyon 974 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 8,7% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 10,2% artıb, kredit kartlarının sayı isə 4,3% azalıb.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% artıb.  
2026-cı ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8%-ni təşkil edib.  
Banklar və "Azərpoçt" MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 3,8% artıb, POS-terminalların sayı isə 7% azalıb.  

Banklar     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb

Rusiyadan Gürcüstana fiziki şəxslərin rəsmi pul köçürmələri avqustda 5,1 milyon dollara düşərək 2004-cü ildən bəri ən aşağı səviyyəyə enib. Kəskin azalma Avropa İttifaqının Rusiyanın "Zolotaya Korona" pulköçürm

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər

ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir

Azərbaycan Mərkəzi Bankının gələn çərşənbə günü keçiriləcək növbəti iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayacağı gözlənilir. Niderlandın ING bank qrupunun analitik icmalında bildirilib ki, Azərbaycanın Mərkəz

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb

"Bank Respublika" tərəfindən "AccessBank"ın səhmlərinin 100%-nin alınması ilə bağlı sövdələşmə Azərbaycan bank sektorunda konsolidasiya proseslərinin maliyyə dayanıqlığı və effektivliyinin artırılmasın

"PAŞA Bank"ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra "PAŞA Bank"dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı

"PAŞA Bank" ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründ

Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ

Bank hesabından müştərinin ayrıca sərəncamı olmadan vəsaitin silinməsi – akseptsiz tutulma – kredit münasibətlərində ən çox sual doğuran mövzulardan biridir. Bank hansı hallarda hesabdan pul tuta bilər, bunun üçün məhkəm

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia


iqtisadi xeberler dollar mezenne valyuta kurslari leobank kart avtomobil xeberleri