Azərbaycan Mərkəzi Bankı ilin ikinci faiz qərarını verir

Azərbaycan Mərkəzi Bankı ilin ikinci faiz qərarını verirAzərbaycan Mərkəzi Bankın İdarə Heyəti inflyasiyanı cilovlamaq məqsədi ilə 2023-cü ilin ikinci faiz qərarını verəcək.
Banker.az xəbər verir ki, faiz qərarı həftənin çərşənbə günü press-reliz şəkilində yayımlanacaq.
Əsas məqsəd burada inflyasiyanı (istehlak qiymətləri indeksi) soyutmaqdırsa, statistik rəqəmlərə nəzər yetirək. Dövlət Statistika Komitəsi Azərbaycanda 2023-cü ilin fevral ayında aylıq inflyasiyanın 1.5%, illik isə 13.9% təşkil etdiyini açıqlayıb. Yəni, yanvarda 0.3 faiz bəndi azalmadan sonra illik  inflyasiya yenidən dekabrdakı səviyyəsinə qaydıb. Hazırda bu səviyyə Mərkəzi Bankın hədəf çərçivəsindən çox yüksəkdədir. İnflyasiya AMB-nin bu günə qədər müəyyən etdiyi uçot faiz dərəcəsindən 5.4 faiz bəndi yuxarıdır. Requlyatorun son açıqlamasında yenilənmiş proqnozlarına əsasən baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.
Mərkəzi Bank ötən il 7.25%-lik uçot dərəcəsi ilə 2022-ci ilə start götürüb ili 8.25% ilə tamamladı. 4 dəfə və hər birində 25 baza, yaxud 0.25 faiz bəndi artıma getməklə ümumilikdə cəmi 100 baza bəndi artıma nail oldu. 2023-cü ilin ilk iclasında isə daha 25 b.b. artımaqla uçot faiz dərəcəsini 7.50%-ə qaldırdı.
Azərbaycan Mərkəzi Bankı ilin ikinci faiz qərarını verirAMB son iclasında bildirmişdi ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə potensial risklərin reallaşma dərəcəsindən asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq üçün sərəncamında olan bütün alətlərdən və mexanizmlərdən istifadə edəcəyini deyib. İllik inflyasiya göstəricilərinin və proqnozlarının davamlı olaraq azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinə dair qərar verərkən Mərkəzi Bank pul siyasətinin kumulyativ sərtləşmə dərəcəsini və onun inflyasiyaya ötürülməsi üçün tələb olunan zaman intervalını da nəzərə alacaqdır.
Azərbaycanın Mərkəzi Bankının faiz artımı hələ ki, yerli bazar tərəfindən kəskin həssaslıqla izlənilmir. Ona görə ki, faiz dəhlizi hələ də Azərbaycanda monetar alət kimi güclü sayılmır. Baxmayaraq ki, yeni sədr bu istiqamətdə çox ambisyalıdır, lakin buna hələ var. Mərkəzi Bank özü Banker.az-a demişdi ki, faizlərin təsiri üçün 8 rüb keçməldir ki, pul siyasətinin transmisyası həyata keçsin.
Bunula belə, AMB ötən ilə açıq bazar əməliyyatları ilə də faizlərin bazarda effekt verməsi üçün çalışmağa başladı. Faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi ki, sərfəli xərclə manatı not emissiya etməklə iqtisadiyyatdan yığa bilsin. Bunun üçün ilin son rübündə hər həftəyə 120 mln. manatı iqtisadiyyatdan yığırdı. AMB notlar emissiya etməklə bir növ bankları kreditdən çox depozitə meyilləndirir. Sterilizasiya ilə pulun inflyasiyasının qarşısını alır. Lakin burada rəqəm kiçik və eləcə də müəyyən notların vəsaitləri müddət sonra yenidən bazara qayıdır.
AMB ötən ilin ikinci yarısından məcburi ehtiyat normaların qaldırdı. Bu deməkdir ki, əhali və şirkətlərin vəsaitləri banklara yerləşdirldiyi halda onların bir hissəsi ehtiyat kimi məcburi Mərkəzi Bankda saxlanılır. İyula qədər 1%-i məcburi ehtiyat kimi saxlanlırdısa, indi bu rəqəm 5%-ə qalxıb. Məsələn, yay aylarında 200 mln. manat ekvivalentdinə pul AMB-də qalırdısa, 2023-cü ilin 1 fevralına kommersiya banklarının məcburi ehtiyatlarının həcmi 1 mlrd. 419.2 mln. manatı ötüb.
Qeyd edək ki, AMB fevral ayında sterlizasiya ilə bağlı "pauza" vermişdi. Ətraflı. Lakin sonradan bunu 7 günlük repo əməliyyatları ilə əvəzlədi.

Banklar     Tarix: 27 mart 2023

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar kursu kicik biznes valyuta mezennesi leobank kart