Azərbaycan Mərkəzi Bankı steyblkoin buraxa bilərmi? – AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı steyblkoin buraxa bilərmi? – AÇIQLAMAAzərbaycan Mərkəzi Bankı tərəfindən steyblkoinin buraxılması nəzərdə tutulmur.
Bunu Banker.az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildiriblər.
Bununla belə tənzimləyici bildirir ki, Mərkəzi Bankın "2024-2026 Maliyyə Sektorunun İnkişaf Strategiyası" çərçivəsində virtual aktivlər və onların təminatçılarının fəaliyyətinə dair normativ-hüquqi bazanın hazırlanması planlaşdırılır.
"Yaradılacaq tənzimləmə çərçivəsi, ölkədə virtual aktivlərin, o cümlədən steyblkoinlərin hüquqi statusunu müəyyən edəcək", – deyə AMB bildirir.
AMB ötən rübdə müraciətlər sırasından dörd innovativ məhsul seçərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirmə imkanı qazanıb.
Bunlar, "PASHAPAY" MMC şirkətinin təqdim etdiyi "Kripto birja cüzdanına köçürmələr" məhsulu, "UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ" ASC şirkətinin təqdim etdiyi "Kriptobroker" məhsulu, "SVORT" MMC şirkətinin təqdim etdiyi "Kripto platforma" məhsulu, "MOBILE PAYMENT SOLUTIONS" MMC şirkətinin təqdim etdiyi "PortCoin kriptovalyutası" məhsuludur. Bu məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.
Sonuncu dəfə Taleh Kazımov press-konfransda bildirib ki, AMB bu il rəqəmsal aktivlərə dair tənzimləmənin formalaşdırılmasına fokuslanacaq.
"Hazırda bizdə rəqəmsal aktivlər üzrə tənzimləmə mövcud deyil. AMB ötən ilin sonlarından bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu il rəqəmsal aktivlərə dair tənzimləməyə fokuslanacağıq", – deyə T.Kazımov bildirmişdi.
Qeyd edək ki, bundan öncə Qazaxıstan Milli Bankının sədr müavini Berik Şolpankulov Senatda keçirilən brifinqdə bildirib ki, mərkəzi bank steyblkoinin investisiya aləti kimi təqdim edilməsi imkanlarını nəzərdən keçirir.
Hal-hazırda rəqəmsal aktivlər Qazaxıstanda yalnız Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) tərəfindən lisenziyalaşdırılmış kriptovalyuta birjaları vasitəsilə alına bilər, burada yalnız 10 kriptovalyuta birjası, o cümlədən "Binance"nin Qazaxıstan bölməsi olan "Bybit" və "Binance Kazakhstan" qeydiyyatdan keçib.
Steybilkoin qiyməti müəyyən bir valyuta və ya aktivə bağlı olan kriptovalyutadır. USDT (Tether) ən çox istifadə olunan steybilkoindir və onun qiymətini ABŞ dollarına bərabər saxlayır. Bu növ kriptovalyutalar bazar dalğalanmalarından qorunmaq istəyən istifadəçilər üçün sabit dəyər təmin edir.

Banklar     Tarix: 05 fevral 2025

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin