Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçib

Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçibAzərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ili 349 milyon 113 min manat mənfəətlə başa vurub. Halbuki, AMB 2022-ci ildən 63 milyon 955 min manat zərərlə çıxmışdı.
Bu barədə AMB-nin maliyyə hesabatına istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçibÖtən il AMB-nin faiz gəlirləri 515 milyon 327 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), faiz xərcləri 299 milyon 649 min manat (78,4 % çox), haqq və komissiya gəlirləri 28 milyon 371 min manat (12,5 % az), haqq və komissiya xərcləri 3 milyon 330 min manat (10 % az), sair əməliyyat gəlirləri 1 milyon 116 min manat (96,3 % az), sair əməliyyat xərcləri 113 milyon 320 min manat (1,6% az), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47 milyon 892 min manat (18,9 % az), maliyyə aktivlərinin tanınması üzrə gəlirləri 2 milyon 974 min manat (əvvəlki il olmayıb), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34 milyon 465 min manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101 milyon 931 min manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə zərəri 4 milyon 320 min manat (əvvəlki il gəlir olub), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13 milyon 548 min manat (2,95 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 48 milyon 801 min manat (əvvəlki il zərər olub), xarici valyuta əməliyyatları üzrə gəlirləri 914 min manat (77,64 % az), digər zərəri isə 25 milyon 137 min manat (əvvəlki il gəlir olub) təşkil edib.
Azərbaycan Mərkəzi Bankı aktivlərini 13 % artırıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793 milyon 463 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur.
AMB-nin aktivlərinin 27 milyard 46 milyon 827 min manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629 milyon 471 min manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az), 1 milyard 208 milyon 132 min manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1 % çox) təşkil edib.
2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239 milyon 248 min manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 17,7 % artaraq 17 milyard 318 milyon 195 min manat, kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521 milyon 107 min manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759 milyon 175 min manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 1 % artaraq 1 milyard 211 milyon 857 min manat olub.
İl ərzində qurumun balans kapitalı 58,5 % artaraq 1 milyard 554 milyon 215 min manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçibAzərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçib© "Report"

Banklar     Tarix: 22 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq