Azərbaycan-Oman İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək

Azərbaycan-Oman İnvestisiya Fondu Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq.
Banker.az bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir.
Məlumata görə, potensial investisiyanın əlavə səhm emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Bankın nizamnamə kapitalı artırılacaq.
Xatırladaq ki, müvafiq saziş bu il sentyabrın 25-26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində imzalanıb.
"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Banklar     Tarix: 01 oktyabr 2026

Oxşar xəbərlər

Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI

Azərbaycanda bank müştərilərinin 2026-c ilin sentyabr ayı üzrə bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanıb. Azərbaycan Mərkəzi Bankına istinadən həmin indeksi təqdim edir:

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutad

Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2026-cı ilin 30 sentyabr tarixinə maliyyə göstəricilərini açıqlayıb. Bankın kredit portfelində əhəmiyyətli artım, depozitlərin strukturunda ciddi dəyişiklik, aktivlərində və kapitalınd

"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır

"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkəna

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək

"PAŞA Bank" ASC nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 16 noyabr 2026-cı il tarixind

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

"Bank Avrasiya"nın xalis mənfəəti 30% azalıb– Maliyyə göstəriciləri açıqlandı

 "Bank Avrasiya" ASC-nin xalis mənfəəti 2026-cı ilin 9 ayı ərzində (yanvar-sentyabr) ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azalaraq 4 milyon manata yaxın olub. Bankın aktivləri və depozit portfeli artsa da

ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb

KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib. KPMG-dən -a verilən məlumata görə, bu tranzaksiya ABB-nin coğraf


iqtisadi xeberler telefonla pul qazanmaq rubl mezenne bitcoin valyuta kurslari