Azərbaycan qazının Macarıstan bazarına çatdırılması məsələsi müzakirə edilib

Azərbaycan qazının Macarıstan bazarına çatdırılması məsələsi müzakirə edilibEnergetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub.
Bu barədə Energetika Nazirliyindən bildiriib.
Məlumata görə, xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib.
Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib.
Macarıstanla karbohidrogen və "yaşıl enerji" sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin "yaşıl enerji dəhlizi" layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb. / marja.az

Maliyyə     Tarix: 22 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin