"Azərbaycan Sənaye Bankı" 2025-ci ilin üçüncü rübü ərzində kiçilib – depozitlərdə azalma var
"Azersun Holding" MMC-yə yaxın olan "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri və depozitləri illik müqayisədə artsa da, 2025-cü ilin iyul-avqust rüblüyündə geriləyib.
Banker.az Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, cəmi aktivləri 2025-ci ilin ikinci rübündəki 814,3 milyon manatdan üçüncü rübündə 799,4 milyon manata enib, bu da 1,8%-lik azalma deməkdir. Bununla belə, aktivlər illik müqayisədə 7% yüksəlişdədir.
Aktivlərin strukturunda müştərilərə verilmiş xalis kreditlər 304,7 milyon manatdan 301,8 milyon manata düşüb. Banklararası bazarda yerləşdirilən vəsaitlər rüb ərzində 420 milyon manata enərək 4% azalıb. Nağd vəsaitlərdə isə əksinə artım müşahidə olunub — bu göstərici 20 milyon manatdan 17 milyon manata düşüb.
Cəmi depozitlər 2025-ci ilin üçüncü rübünün əvvəlində 491 milyon manat olduğu halda, rübün sonuna 474 milyon manata enib, bu da 3%-lik azalma deməkdir. Fiziki şəxslərin depozitləri rüb ərzində 1% azalma ilə 309 milyon manata, hüquqi şəxslərin depozitləri 177 milyon manatdan 164 milyon manata düşməklə 7% azalıb.
Kapital göstəricilərinə gəldikdə, bankın nizamnamə kapitalı 118,6 milyon manatdan 120,9 milyon manata, yəni 1,9% artıb. Cəmi kapital isə 124,8 milyon manatdan 126,6 milyon manata yüksəlib.
Bank 2025-ci ilin ilk 9 ayında 4.7 milyon manat xalis mənfəət əldə edib.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar