"Azərbaycan Sənaye Bankı"nın sədri vəzifəsindən ayrılır
"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Kənan Əzizağa oğlu Orucov vəzifəsindən ayrılır.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilib.
23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir.1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləmişdir.
2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir. 17.12.2018-ci il tarixdən İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüdür. 29.06.2020-ci il tarixindən İdarə Heyətinin sədri təyin olunmuşdu.
Bundan başqa, İlker Hepçorman da bankın İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb. Hepçorman 2024-cü ilin avqustunda "Azərbaycan Sənaye Bankı"nın İdarə Heyətinə üzv seçilmişdi.
İlker Hepçorman 2026-cı ilin iyulunda "Millikart" MMC-nin icraçı direktoru təyin edilib. O, bu vəzifədə 2022-ci ildən şirkətə rəhbərlik edən Emin Muxtarovu əvəz edib. Hepçorman 2013-cü ildən "Azərbaycan Sənaye Bankı"nda rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində çalışıb.
Hazırda "Azərbaycan Sənaye Bankı"ın İdarə Heyətinin tərkibində Sarvan Umudvar oğlu Mikayılov, Uğur Vaqif oğlu Mahmudov və Anar Həsənalı oğlu Məmmədov yer alır.
Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları "Azersun Holding" MMC-yə yaxın olan "Anadolu Investment Company" MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və "Azərbaycan Sənaye Lizinq Şirkəti"dir (0.58%).

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?