Azərbaycan şirkəti salfet istehsalı üçün 0,5 milyon manat güzəştli kredit aldı
"Ləzzət Qida Sənaye" MMC Sahibkarlığın İnkişafı Fondundan 500 min manat güzəştli kredit əldə edib.
Bu barədə Marja.az Fonda istinadən xəbər verir.
Güzəştli kredit salfet istehsalının inkişafı layihəsi üzrə ayrılıb.
Layihənin maliyyələşdirilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, 1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Naxçıvan şəhərində yerləşən "Ləzzət Qida Sənaye" MMC çərəzlər, çay, dənli məhsullar, limonad, lokum, makaron, qənd, un, popcorn və qarğıdalı çubuqları istehsal edir.
Güzəştli kreditin şərtlərinə görə, kiçik həcmli (5 000 - 50 000 manatadək), orta həcmli (50 001 - 1 000 000 manatadək) və böyük həcmli (1 000 001 - 10 000 000 manatadək) kreditlər təklif olunur. Kiçik həcmli kreditlər 3 ilədək, orta həcmli kreditlər 5 ilədək, iri həcmli kreditlər 10 ilədək müddətə ayrılır. Bütkün kreditlər üzrə faiz dərəcəsi illik 5%-dək, güzəşt müddəti kredit müddətinin yarısınadəkdir.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?