Azərbaycan Texnologiya Universitetində "Kapital Bank otağı" istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində ®Prioritet istiqamətlərindən biri də təhsilə dəstək olan ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirib. Əməkdaşlıq çərçivəsində İqtisadiyyat kafedrasının nəzdində "Kapital Bank otağı"nın açılışı baş tutub. Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən bankın İstedadların idarə edilməsi departamentinin direktor müavini Azadə Hacıyeva bildirib ki, "Biz Bakı şəhərində artıq bir neçə universitetdə dərs otaqlarının açılışını etmişik. Bu gün isə regionda ilk olaraq Gəncədə Azərbaycan Texnologiya Universitetində müasir texnoloji tələblərə uyğun olan "Kapital Bank otağı" tələbələrin istifadəsinə verilir. Biz düşünürük ki, innovativ, rəqəmsallaşan dünyada tələbələr peşəkar mütəxəssis olmaq üçün ən müasir yeniliklərlə dərsə cəlb olunmalı, öyrənməlidirlər. Bu otağın yaradılmasında da məqsəd tələbələrə səmərəli və faydalı öyrənmə şəraiti yartamaqdır".
Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov isə çıxışında təhsilə dəstək yönümlü əməkdaşlıqları yüksək qiymətləndirib. O, bildirib ki, "Biz bu sahədə memorandumlar imzalayır, ali məktəblərlə əməkdaşlıq edir, təqaüd proqramları keçirir, tələbələrin bankda istehsalat təcrübəsi keçməsi üçün mümkün qədər şərait yaradırıq. Kapital Bank 5000 dən çox əməkdaşı ilə həm də sektorun ən böyük işəgötürən şirkətlərindən biridir. Bu imkandan yararlanan gənclər yaxın gələcəkdə ölkəmiz üçün faydalı, peşəkar mütəxəssislərə, eləcə də həmkarlarımıza çevriləcəklər. Biz böyük həyəcanla onları komandamızda gözləyirik".
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov isə bu təşəbbüs və dəstək üçün Kapital Bank rəhbərliyinə təşəkkürünü bildirib. "Yaşadığımız IV sənaye inqilabı dövründə təminatlı, müasir həllər təqdim edən hərtərəfli təhsil həm də əmək bazarı üçün peşəkar kadr hazırlığı deməkdir. "Kapital Bank otağı" bu istiqamətdə bizə geniş imkanlar yaradacaq".
Daha sonra tədbir iştirakçıları 28 nəfərlik innovativ tədris otağı ilə tanış olublar. Ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilən otaq tələbələr tərəfindən də maraqla qarşılanıb. Eyni zamanda ali məktəb və bank arasında gələcək layihələr müzakirə edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 25 oktyabr 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta mezennesi dollar mezenne rubl mezenne biznes krediti