Azərbaycana ən böyük məbləğdə məhsullar Rusiya və Türkiyədən gətirilib

Azərbaycana ən böyük məbləğdə məhsullar Rusiya və Türkiyədən gətirilib2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 181 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunmuşdur. 
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 46633,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 35045,6 milyon dollarını və ya 75,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11587,6 milyon dollarını (24,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 23 milyard 458 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artmışdır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,2 faiz, real ifadədə 6,0 faiz artaraq 2 milyard 386,0 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,5 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,2 faizi Rusiya, hər biri 3,8 faiz olmaqla Hindistan və Çin, 3,3 faizi İsrail, 3,0 faizi Yunanıstan, hər biri 2,1 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, hər biri 2,0 faiz olmaqla Almaniya və İspaniya, 1,5 faizi Çexiya, hər biri 1,4 faiz olmaqla Portuqaliya və Gürcüstan, 1,2 faizi Ukrayna, 1,1 faizi Qazaxıstan, hər biri 1,0 faiz olmaqla ABŞ, İndoneziya,Vyetnam və Rumıniya, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 49,2 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 4,6 faizini Hindistana, 4,4 faizini İsrailə, 3,9 faizini Yunanıstana, 2,7 faizini Xorvatiyaya, 2,4 faizini İspaniyaya, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 1,9 faizini Çexiyaya, 1,8 faizini Portuqaliyaya, 1,5 faizini Gürcüstana, hər biri 1,2 faiz olmaqla Tunis və Almaniyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə, İndoneziya və Rumıniyaya, hər biri 1,0 faiz olmaqla Vyetnam, Ukrayna və İrlandiyaya, 5,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28,8 faiz), Türkiyəyə (24,4 faiz), Gürcüstana (6,9 faiz), İsveçrəyə (6,4 faiz), Qazaxıstana (3,1 faiz), ABŞ-a (2,7 faiz), Niderlanda (2,5 faiz), Rumıniyaya (2,0 faiz), Bolqarıstana (2,0 faiz), İtaliyaya (1,9 faiz), Özbəkistana (1,4 faiz), Ukraynaya (1,4 faiz), Hindistana (1,3 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. 
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,6 faizi Çin, 4,5 faizi Almaniya, 3,6 faizi Qazaxıstan, 3,4 faizi ABŞ, 3,3 faizi İran, 3,1 faizi Türkmənistan, 2,2 faizi İtaliya, 2,1 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Belarus, Koreya və Ukrayna, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Fransa və Hindistan, 1,3 faizi Braziliya, 1,1 faizi Finlandiya, 1,0 faizi Özbəkistan, 15,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 
2022-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 72,4 faiz, çay – 81,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,0 faiz, mineral gübrələr – 18,7 faiz, emal olunmamış alüminium – 31,7 faiz, qara metallardan çubuqlar – 45,3 faiz, sement klinkerləri – 12,2 faiz, qara metallardan borular – 33,0 faiz artmış, təzə meyvə ixracı isə 0,3 faiz, təzə tərəvəz – 5,0 faiz, kartof – 14,8 faiz, şəkər – 22,4 faiz, bitki yağları – 26,2 faiz, meyvə və tərəvəz şirələri – 11,0 faiz, meyvə və tərəvəz konservləri – 6,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 45,9 faiz, pambıq lifi – 37,1 faiz, polipropilen – 7,1 faiz, polietilen – 19,7 faiz, pambıq ipliyi – 51,2 faiz, qara metallardan yarımfabrikatlar – 45,2 faiz, bentonit gili – 1,4 faiz azalmışdır.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 7,4 faiz, xam şəkər – 0,3 faiz, təzə meyvə – 7,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,1 faiz, unlu qənnadı məmulatları – 10,0 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,0 faiz, dərman vasitələri – 35,0 faiz, polad prokatı – 34,6 faiz, rezin şinlər – 0,7 faiz, sintetik yuyucu vasitələr – 9,8 faiz, məişət kondisionerləri – 42,8 faiz, mebellər – 9,1 faiz, polietilen – 69,9 faiz, qara metallardan çubuqlar – 14,4 faiz, avtobuslar – 87,6 faiz, polipropilen – 15,6 faiz, sement – 30,7 faiz artmış, bitki yağları idxalı isə 2,9 faiz, şokolad və şokolad məhsulları – 6,7 faiz, kartof – 3,7 faiz, mal əti – 28,4 faiz, təzə tərəvəz – 31,4 faiz, siqaretlər – 76,5 faiz, minik avtomobilləri – 17,5 faiz, qara metallardan borular – 14,0 faiz, hesablama maşınları, blok və qurğuları – 28,2 faiz, yük avtomobilləri – 10,6 faiz, mineral gübrələr – 28,0 faiz, paltaryuyan maşınlar – 24,1 faiz, qara metallardan künclüklər – 8,5 faiz, məişət soyuducuları – 41,2 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 12 dekabr 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank