Azərbaycanda avtomobil krediti üzrə yeni şərtlər - ELEKTROMOBİL 10% İLKİN ÖDƏNİŞLƏ

Azərbaycanda avtomobil krediti üzrə yeni şərtlər - ELEKTROMOBİL 10% İLKİN ÖDƏNİŞLƏMərkəzi Bankın sədri Taleh Kazımov "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"nı təsdiq edib. Qaydalara görə, yeni elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq. Ənənəvi yanacaqlar ilə çalışan yeni avtomobill alınan zaman isə ilkin ödəniş 40% olaraq saxlanılır. 
Marja.az xəbər verir ki, Qayda ilə bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarları müəyyən edilib. Avtomobil krediti ayrılan zaman kreditin təminata olan nisbəti (KTN əmsalı) tətbiq ediləcək. KTN əmsalı - kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Avtomobil kreditlərində KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır. 
Qaydaya görə, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı (ayrılacaq kreditin nisbəti) aşağıdakılardan artıq olmamalıdır:
- qiymətindən asılı olmayaraq elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 3 il və ya ondan az olduqda - KTN əmsalı (ayrılacaq kreditin nisbəti) 90%, 3 ildən çox olduqda isə – KTN əmsalı 60%;
- qiymətindən asılı olmayaraq hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 80%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 3 ildən çox olduqda isə – KTN əmsalı 50%;
- Digər (yuxarıdakı iki bəndə aid olmayan) avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 50%, 3 ildən çox olduqda isə – KTN əmsalı 40%.
Yeni Qayda qüvvəyə minənədək bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunmuşdu:
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
- avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Beləliklə, Qaydalar elektrik mühərrikli və hibrid mühərrikli avtomobillər üzrə də kreditin rəsmiləşdirilməsi şərtlərini müəyyən edir. Belə ki,  elektrik mühərrikli avtomobilin yaşı  3 il və ya ondan az olduqda kreditlə alış zamanı ilkin ödəniş minimum 10%, 3 ildən çox olduqda isə ilkin ödəniş minimum 40% təşkil edəcəkdir. Hibrid mühərrikli avtomobillər üzrə minimal ilkin ödəniş nəqliyyat vasitəsinin yaşı 1 il və ya ondan az olduqda 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% olacaqdır.
Elektrikli və hibrid olmayan avtomobillər üzrə minimal ilkin ödəniş onun yaşı 1 il və ya ondan az olduqda 40%, 1-3 il  olduqda 50%, 3 ildən çox olduqda isə 60% müəyyən olunub.

Banklar     Tarix: 03 avqust 2022

Oxşar xəbərlər

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri