Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər

Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilərAzərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə qanunvericilik məsuliyyəti tətbiq oluna bilər 2. Mərkəzi Bank: Kartın başqasına verilməsinə görə hüquqi məsuliyyət mexanizmi yaradılmalıdır
Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə uyğun qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi zəruridir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin yerli maliyyə bazarında geniş yayılmış fırıldaqçılıq növləri konkret nümunələr əsasında nəzərdən keçiriləcək:
"Bu üç kateqoriya beynəlxalq təcrübədə fırıldaqçılığın təsnifatı üçün ən çox tətbiq edilən bölgüdür. Birinci kateqoriya avtorizə edilməmiş əməliyyatlardır. Bu cür əməliyyatlar müştərinin xəbəri olmadan, onun təsdiq etmədiyi halda baş verir. Qısa şəkildə izah etsək, müəyyən şəxsə zəng edilir, həmin şəxs OTP kodunu və digər konfidensial məlumatları paylaşır. Daha sonra aşkar edir ki, kartından pul çıxarılıb. Müştəri əməliyyatı şəxsən icra etmir, onu təsdiqləmir. Lakin müəyyən məlumatları açıqlayır və nəticə etibarilə kartından vəsait silinir.
İkinci kateqoriya manipulyasiya yolu ilə reallaşdırılan əməliyyatlardır. Bunlar artıq avtorizə edilmiş əməliyyatlar hesab olunur. Bu halda müştəriyə bank və ya hər hansı qurum adından müraciət edilir. Müştəriyə elə güclü psixoloji təsir göstərilir ki, o, öz əli ilə müəyyən bir karta pul köçürür və ya hansısa hesaba vəsait yönləndirir. Hətta elə hallar müşahidə edilib ki, müştəri evindəki nağd pulunu götürür, bankomatdan vəsait çıxarır, taksi ilə gedərək MilliÖN terminalında fırıldaqçıların göstərdiyi hesaba nağd şəkildə pul yatırır. Yəni manipulyasiya bu dərəcədə dərin ola bilir.
Üçüncü kateqoriya isə icazə verilmiş üçüncü şəxs vasitəsilə həyata keçirilən əməliyyatlardır. Burada müştərinin özü şüurlu və ya şüursuz şəkildə fırıldaqçılıq sxeminin bir parçasına çevrilir. Cəmiyyətdə adətən belə bir təsəvvür mövcuddur ki, kartdan pul hansısa başqa karta köçürülübsə, həmin kartın sahibini müəyyən edib cavabdehlikə cəlb etmək yetərlidir. Amma zəncirin bütövlüyünə nəzər saldıqda məlum olur ki, vəsait bir kartdan digərinə, oradan üçüncü, dördüncü şəxsə ötürülür. Həmin şəxslərin böyük əksəriyyətinin bu əməliyyatlardan heç bir xəbəri olmur. Bir vaxtlar onlara 20-30 manat müqabilində "öz adına kart aç, mənə təhvil ver" təklifi edilib. Onlar da hüquqi nəticələrini dərk etmədən kartı təqdim ediblər. Bəziləri isə bunu qəsdən həyata keçirir. Beləliklə, həmin şəxs istər qəsdən, istərsə də bilmədən fırıldaqçılıq zəncirinin iştirakçısına çevrilir və sxemin fəaliyyət göstərməsinə şərait yaradır".
E. Cuvarov vurğulayıb ki, bu problemlə mübarizədə ən effektiv təcrübələrdən biri qanunvericilik tədbirlərinin görülməsidir: "Nümunə olaraq, Rusiyada ödəniş vasitələrinin üçüncü şəxsə ötürülməsinə görə ciddi, hətta azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutan qanunvericilik qüvvəyə minib. Bizdə isə hazırda bu cür tənzimləmə mexanizmi mövcud deyil. Düşünürəm ki, bu istiqamətdə problemin aradan qaldırılması üçün gələcəkdə müvafiq qanunvericilik aktları qəbul edilməlidir". / banker.az

Banklar     Tarix: 13 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq