Azərbaycanda bank kartlarının sayı 18 milyon ədədə yaxınlaşıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil etmişdir.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə
bu göstərici 22.2% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 22.9%, kredit kartları üzrə 17.5% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 147 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 149 mln. manatı elektron ticarətin payına düşür.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Bitcoin nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
SMM nə deməkdir?