Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb
Bu ilin II rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunda bildirilib.
Məlumata görə, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb. Banklar III rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda sərtləşmənin davam edəcəyini gözləyir.
"II rübdə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərə görə tələbdəki azalmanın əsas səbəbi daxili ipoteka kreditləri olub. Eyni zamanda, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə tələb I rübü ilə müqayisədə azalıb. Banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırır", – sorğuda qeyd edilib.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə standartlara maliyyələşmənin dəyəri, digər banklarla rəqabət, daşınmaz əmlak bazarındakı vəziyyət, bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlardır.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 280,4 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7 % azalaraq 246,2 milyon manat olub. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab