Azərbaycanda bankların əmlakı hərraca çıxarılır
İyulun 20-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnikabank", "AGBank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin, eləcə də "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
Banker.az bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.
Məlumata görə, söhbət "Texnika Bank"a məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 85v ünvanında yerləşən 130,8 kv.metrlik fərdi yaşayış evindən, "AGBank"a məxsus Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 21 ünvanında yerləşən 65,2 kv.metrlik mənzildən, "Qafqaz İnkişaf Bankı"na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsindən və "Bank Standard"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b4 ünvanında yerləşən 44,2 kv.metrlik mənzildən gedir. "Texnika Bank"ın əmlakına 42 min manat, "AGBank"ın əmlakına 22 min manat, "Qafqaz İnkişaf Bankı"nın əmlakına 3 milyon manat, "Bank Standard"ın əmlakına isə 45 min manat qiymət qoyulub.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?
İKEA şirkətinin tarixi
Amazonda satış etmək üçün bilməli olduqlarınız