Azərbaycanda BOKT-ların sayı niyə azalır?

Azərbaycanda BOKT-ların sayı niyə azalır?Azərbaycanda 4 illik fasilədən sonra bank olmayan kredit təşkilatlarının (BOKT) sayı yenidən azalmağa başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) son bir ildə 4 BOKT-un - "Union Kredit" ASC-nin, "Omni Finance", "Gold Finance" və "Viza Kredit" MMC-lərin lisenziyalarını ləğv edib, əvəzində isə yeni yaradılmış heç bir BOKT-a lisenziya verməyib.
Sonuncu dəfə AMB-dən lisenziya alan "SF Azerbaijan" MMC BOKT olub ki, bunun da üzərindən il yarım keçib. BOKT-ların sayının azalmasını bu sahə üzrə ekspertlərlə müzakirə etdik.
"BOKT-ların bir qismi pandemiya dövründə çətinlik çəkdi"
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyev deyir ki, BOKT-ların bir qismi koronavirus (COVID-19) pandemiyası dövründə əlavə vəsait cəlb edib fəaliyyətini genişləndirə bilmədi, odur ki, tədricən bazarı tərk etməli oldu:
"2019-cu ildə Azərbaycanda BOKT-ların sayı 56-ya çatsa da, onların bir qismi pandemiya dövründə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdi və lisenziyasını itirməli oldu. Ümumiyyətlə, fəaliyyətini dayandıran BOKT-lar işini düzgün qura bilməyənlərdir. Düşünmürəm ki, bundan sonra Azərbaycanda BOKT-ların sayı artsın. Mövcud BOKT-ların fəaliyyətini gücləndirəcəyini gözləmək olar. BOKT-larla bağlı yeni qanun layihəsi parlamentdən keçib. Sənədin təsdiqindən sonra BOKT-ların müştərilərinə kredit verməklə yanaşı, kredit kartı buraxmaq imkanı da olacaq. Təbii ki, bunun üçün BOKT-lar sistemlərini inkişaf etdirməli, təhlükəsizlik səviyyəsini artırmalıdır. Hazırda BOKT kimi qeydiyyatdan keçib lisenziya ala bilməyən təşkilatlar da var. Onlar fəaliyyətini lombard və yaxud lizinq şirkəti kimi davam etdirir və müştərilərə kreditlər təklif edirlər".
"Təmərküzləşmə BOKT-ları da əhatə edir"
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra Azərbaycanın maliyyə sektorunda təmərküzləşmə gedir və bu proses mikromaliyyə sektorunu - yəni BOKT-ları da əhatə edir:
"Təbii ki, bu, arzuolunan hal deyil, amma eyni zamanda mövcud şərtlər daxilində qaçılmaz kimi görünür. Azərbaycanda BOKT-ların böyük əksəriyyəti kredit verilməsində məsuliyyətli dövr zamanı rəqabət aparmaq qabiliyyəti olmayan təşkilatlar idi və demək olar ki, bankların nəzdində fəaliyyət göstərirdi. Həmin bankların bağlanması bəzi BOKT-ların da sonunu gətirdi. Eyni zamanda problemli kreditləri olan müştərilərin sayı həddindən artıq çoxdur. Bəzi BOKT-larda problemli aktivlərin xüsusi çəkisi 40-50 %-ə çatır, onların belə şəraitdə fəaliyyət göstərməsi mümkün deyil. BOKT-ların güzəştli kredit mexanizmlərindən istifadəsi də məhduddur. Bütün bunlar onların fəaliyyətinə səmərəsiz şərait yaradır. Banklar da əvvəlki dövrlə müqayisədə daha rəqabətli kredit siyasəti həyata keçirdiyi üçün məhdud imkanlara sahib olan BOKT-lar sıradan çıxır".
© Report

Banklar     Tarix: 06 iyul 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne