Azərbaycanda cəmi 10-dək bankın strategiyasında ətraf mühit, sosial və idarəetmə riskləri nəzərə alınıb
Azərbaycandakı bankların 10-dan azı öz strategiyasında ətraf mühit, sosial və idarəetmə (ESG) ilə bağlı risklərə geniş yer ayırıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda deyib.
Onun sözlərinə görə, qalan banklarda bu risklərin nəzərə alınması hələ planlama mərhələsindədir.
"Mərkəzi Bank bu ilin iyun-iyul aylarında ESG və dayanıqlı inkişafla bağlı risklər haqqında məlumatlılığın səviyyəsini müəyyən etmək, maliyyə institutlarının bu sahədə həyata keçirdikləri tədbirlər barədə məlumat əldə etmək üçün 52 maliyyə institutu arasında sorğu keçirib. Sorğuda iştirak edənlər cəmi maliyyə institutlarının 95%-ni təşkil edib. Bu çərçivədə əldə etdiyimiz qənaət ondan ibarət olub ki, ESC riskləri baxımından maliyyə sektorunun böyük əksəriyyəti bunun əhəmiyyətini başa düşür və həmin risklərin qısamüddətli dövrdə reallaşacağını gözləmirlər. Lakin orta və uzunmüddətli dövrdə bu risklərin reallaşacağını anlayılar və öz strategiyalarında, biznes modellərində bu yanaşmaya adaptasiyasını həyata keçirilirlər", – T. Əliyev deyib.
AMB-nin Baş direktoru əlavə edib ki, sorğu zamanı bir sıra digər məqamlarda ortaya çıxıb: "Belə ki, uğurlu dayanıqlı inkişafın həyata keçirilməsi üçün kadr potensialının formalaşdırılmasının önəmi vurğulanıb. Daha sonra bu istiqamətdə həm hüquqi, həm də tənzimləyici çərçivədə zəifliklərin olması qeyd edilib. Bütün bunlar tərəfimizdən diqqətə alınır".
Qeyd edək ki, ölkədə 23 bank və 54 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?