Azərbaycanda "E-Şikayət" sistemində karqo üzrə şikayətlər qəbul olunacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) "E-Şikayət" sisteminin imkanlarını genişləndirir.
Banker.az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.
Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə "E-Şikayət" sisteminə daxil ola bilərlər. İstifadəçilər "İdentifikasiya nömrəsi ilə" bölməsinə daxil olduqdan sonra avtomatik olaraq "Abunəçi" səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış "Abunəçi kabineti"ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.
Hazırda həm də "E-Şikayət" sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.
Ötən ilin noyabrında yaradılan "E-Şikayət" sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?