Azərbaycanda əhalinin banklara borcu 10 milyard manata yaxınlaşır

Azərbaycanda əhalinin banklara borcu 10 milyard manata yaxınlaşır31 May 2023-cü il tarixində bankların cəmi kredit portfeli (kredit qoyuluşları) 20 milyard 659 milyon 269 min manat təşkil edib. 
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, aprel ayının sonu ilə müqayisədə mayda müştərilərin banklara borclu olduqları cəmi kreditlər 279 milyon 642 min manat artıb. 
O cümlədən, cəmi biznes kreditləri portfeli 62 milyon 848 min manat artaraq 11 milyard 170 milyon 805 min manata, istehlak kreditləri portfeli 152 milyon 186 min manat artaraq 6 milyard 224 milyon 527 min manata, ipoteka kreditləri portfeli isə 64 milyon 627 min manat artaraq 3 milyard 263 milyon 957  min manata yüksəlib. 
2023-cü ilin ilk 5 ayı ərzində (yanvar-may) bankların cəmi kredit portfeli 1 milyard 64 milyon 914 min manat, o cümlədən biznes kreditləri 315 milyon 744 min manat, istehlak kreditləri 470 milyon 381 min manat, ipoteka kreditləri 278 milyon 798 min manat artıb. 
Əhali tərəfindən alınan cəmi istehlak və ipoteka kreditləri 9 milyard 488 milyon 484 min manata çatıb. 
Bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına cəmi qalıq borcu 10 milyard manatdan çoxdur. 
Azərbaycanda əhalinin banklara borcu 10 milyard manata yaxınlaşır

Banklar     Tarix: 03 iyul 2023

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler dollar məzənnəsi bitkoin bank faizleri kicik biznes