Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 69 mln. 634,5 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 101 mln. 792,9 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.6% və ya 18 mln. 274 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 11% və ya 10 mln. 16 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 3.7 dəfə artaraq 37 mln. 517,2 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 4.2% artaraq 15 mln. 73.8 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 53.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-fevral aylarında 19.5 manata bərabər olub. Bu ilin yanvar-fevral aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 14.8 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 15.8 manata bərabər idi.
© APA / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?