Azərbaycanda ilk dəfə əkin sahələrini evdən çıxmadan - SIĞORTALAMAQ MÜMKÜN OLDU

Azərbaycanda ilk dəfə əkin sahələrini evdən çıxmadan - SIĞORTALAMAQ MÜMKÜN OLDUAqrar Sığorta Fondu fermerlərin aqrar sığortaya əlçatanlığının artırılması sahəsində işləri davam etdirir. 
Artıq fermerlər aqrar sığorta haqqını "AsanPay" ödəniş sistemi vasitəsilə ödəyə bilərlər. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
May ayından etibarən aqrar sığorta haqqının ödənilməsi məqsədilə Aqrar Sığorta İnformasiya Sistemi (ASİS) ölkənin aparıcı ödəniş sistemlərindən olan AsanPay ilə inteqrasiya edilib. Nəticədə aqrar sığorta haqlarının AsanPay vasitəsilə ödənişi mümkün olub. 
ASAN Pay vasitəsilə həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə sığorta haqqını ödəmək olar. 
Qeyd edək ki, Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta xidmətinin əsas istifadəçiləri bölgələrdə, kənd yerlərində, o cümlədən ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərdir. İndiyədək onlar aqrar sığorta haqqını terminallar vasitəsilə ödəyir, bunun üçün rayon mərkəzlərinə yaxınlaşmalı olurdular. Bu da fermerlər üçün əlavə vaxt itkisinə səbəb olur, onları təsərrüfat işlərindən ayırırdı. 
AsanPay sistemi ilə inteqrasiyadan sonra isə buna ehtiyac qalmayacaq. Bundan sonra isə əkin sahəsi və heyvanlarını sığorta etmək istəyən fermerlərin evdən çıxmasına ehtiyac olmayacaq. Fermerlər AsanPay sistemi vasitəsilə sığorta haqqını evdən və ya təsərrüfatdan çıxmadan mobil telefon vasitəsilə ödəyə biləcəklər. 
Qaydaya görə, aqrar sığorta haqqını ödəmək üçün fermer AsanPay ödəniş sisteminə (asanpay.az) daxil olmalı, burada "Sığorta ödənişləri" bölməsini seçməlidir. Yeni açılan pəncərədə Aqrar Sığorta Fondunu seçərək öz FİN və ya VÖEN məlumatlarını daxil etmək lazımdır. Bu zaman ekranda fermerin ödəyəcəyi sığorta haqları görünəcək. Fermer "Ödə" düyməsini sıxaraq ödənişlərini həyata keçirə biləcək (Videonu yüklə: ). 
Aqrar sığorta haqlarının AsanPay vasitəsilə mobil telefonla ödənilməsi fermerlərin aqrar sığortaya əlçatanlığının artmasına, əkin sahələri və kənd təsərrüfatı heyvanlarının daha asan sığortalanmasına imkan verəcək. Bununla da Aqrar Sığorta Fondunun xidmətindən istifadə edən minlərlə fermerin risklərini qat-qat azaldacaq. 
Xatırladaq ki, Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta xidmətləri dövlət dəstəklidir. Belə ki, əkin sahəsi və ya heyvanların sığortalanması zamanı sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. 
Aqrar sığortanın əhatə dairəsi genişləndikcə, bu xidmətlərdən faydalanan fermerlərin sayı və sığorta ödənişləri də artmaqdadır. 
2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 6,4 milyon manat zərər ödənişləri həyata keçirilib. 2025-ci ilin ilk 4 ayında isə həyata keçirilmiş zərər ödənişlərinin məbləği 3 milyon manatdan artıq olub. 
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Videonu yükləmək üçün link: / marja.az

Banklar     Tarix: 29 may 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti