Azərbaycanda iri və makro bizneslər üçün kredit şərtləri sərtləşir

Azərbaycanda iri və makro bizneslər üçün kredit şərtləri sərtləşir2022-ci ilin III rübü üzrə banklar tərəfindən biznes kreditləri üzrə standartlarda yumşalma əsasən kreditlərin müddəti üzrə olmuşdur və IV rübdə trendin daha da yüksələcəyi proqnozlaşdırılır.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin üçüncü rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
"Biznes kreditləşməsi üzrə kredit siyasəti" hissəsində olan sorğu nəticələrinə əsasən cari ilin III rübündə xarici valyutada biznes kreditləri üzrə siyasətdə daha çox sərtləşmə olduğu, lakin bu siyasətin IV rübdə yumşaldılması proqnozlaşdırılır.
Sorğu nəticələrinə əsasən, bankların iqtisadiyyatın spesifik sahələri üzrə pozitiv gözləntiləri, kredit risk iştahası və kredit portfelinin keyfiyyəti kredit standartlarına müəyyən yumşaldıcı təsir, inflyasiya, məzənnə, uçot dərəcəsi və ümumi iqtisadiyyata dair gözləntilər sərtləşdirici təsir göstərib.
Eyni zamanda, 2022-ci ilin II rübündən fərqli olaraq III rübdə borcalanların təminatlarının keyfiyyətinə dair risklər və bankın iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər kredit standartlarına sərtləşdirici təsir göstərib.
Ötən rüb ilə müqayisədə digər banklarla rəqabət və bankın likvidlik mövqeyinin biznes kreditləri üzrə standartlara təsiri aşağı olmuşdur.
Banklar ötən rübdən fərqli olaraq təminatların reallaşdırılmasına dair risklərin və ümumi iqtisadi gözləntilərin III rüb ərzində kredit standartlarına sərtləşdirici təsir göstərdiyini bildirib.
AMB əlavə edir ki, 2022-ci ilin III rübündə biznes portfeli, o cümlədən KOS kreditlərinin verilmə şərtlərində əsasən yumşalmalar olub.
Yumşalmalar əsasən kreditlərin faiz dərəcəsi, aşağı riskli kreditlərə tətbiq olunan marja, komissiya və təminat şərtləri ilə bağlı olub. Ötən rübdən fərqli olaraq məhdudlaşdırıcı meyarlar üzrə dəyişiklik olmayıb.
İri sahibkarlıq və mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin şərtlərində bu ilin II rübü ilə müqayisədə nisbətən sərtləşmə baş verib.
Azərbaycanda iri və makro bizneslər üçün kredit şərtləri sərtləşirAzərbaycanda iri və makro bizneslər üçün kredit şərtləri sərtləşir

Banklar     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq biznes qurmaq birbank