Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb

Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıbAzərbaycan Mərkəzi Bankı (AMB) məsafədən kreditləşmənin üstün və çatışmaz tərəflərini açıqlayıb.
AMB-dən bildirilib ki, məsafədən kreditləşmənin üstünlüklərinə sürətli və rahat əlçatanlıq, vaxt qənaəti və kreditin rəqəmsal kanallar vasitəsilə fiziki banka getmədən əldə olunması imkanları daxildir. Bu metod müştərilərə müxtəlif kredit təkliflərini müqayisə etmək imkanı da verir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Bununla yanaşı, məsafədən kreditləşmənin bəzi çatışmazlıqları da mövcuddur. Əsasən müştərinin kimliyinin düzgün eyniləşdirilməməsi və məlumat təhlükəsizliyində mümkün boşluqlar risk yarada bilər. Həmçinin məsafədən kredit alma prosesində müştəriyə daha az dəstək göstərilə bilər ki, bu da məlumatın düzgün anlaşılmasını çətinləşdirə bilər.
"Bank olmayan kredit təşkilatları haqqında" qanununa edilən dəyişikliklə bağlı hazırlanmış və qüvvəyə minmiş yeni qaydalar kredit risklərinin idarə edilməsi prosesinə dair tələbləri müəyyən edir. Qaydalarda kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı ilə bağlı minimum tələblər göstərilib, bu da bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin düzgün idarə olunmasını təmin etməyə yönəlib.
Layihədə istehlak kredit müqaviləsinin məsafədən bağlanması zamanı risklərin qarşısını almaq üçün "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunundan və bu qanuna uyğun olaraq hazırlanmış müştəri verifikasiyası qaydalarından istifadə nəzərdə tutulur.
AMB-nin İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq olunmuş "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"na əsasən məsafədən bank hesablarının açılmasına dair tələblər müəyyən edilib. Hazırkı təcrübə BOKT-larda kredit risklərinin idarə edilməsi qaydasının hazırlanması zamanı istifadə olunacaq.
Bu tənzimləmə prosesinin həyata keçirilməsi bank olmayan kredit təşkilatlarında məsafədən kreditləşmə zamanı müştərilərin identifikasiyasının düzgün aparılmasına və potensial risklərin qarşısının alınmasına kömək edəcək", – AMB qeyd edir.
Bildirilib ki, Mərkəzi Bankın "2024-2026 Maliyyə Sektorunun İnkişafı Strategiyası" çərçivəsində rəqəmsal maliyyə təşəbbüsləri arasında müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bu çərçivədə məsafədən hesabların və müqavilələrin bağlanılması üçün istifadə olunan eyniləşdirmə və imzalama üsulları yenilənəcək. Bank olmayan kredit təşkilatları bu qaydaların tələblərinə əsasən istehlak kreditlərinin rəqəmsal proseslərini inkişaf etdirə biləcəklər, – deyə AMB vurğulayıb. / banker.az

Banklar     Tarix: 05 noyabr 2024

Oxşar xəbərlər

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi