Azərbaycanda mikro kreditlərin həcmi 3.2 mlrd. manata çatıb
2024–2025-ci illərin göstəricilərinə əsasən, Azərbaycanda bankların mikro kredit portfelində davamlı artım müşahidə olunub.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlində 2,63 milyard manat səviyyəsində olan portfel il ərzində ardıcıl şəkildə yüksələrək dekabr ayında 3,09 milyard manata çatıb.
2025-ci ilin ilk rübündə isə müəyyən dalğalanmalar yaşansa da apreldən etibarən yenidən artım bərpa olunub və iyul ayına qədər mikro kredit portfeli 3,20 milyard manata qədər böyüyüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən, sahibkarlıq subyektləri dörd kateqoriyaya bölünür. Mikro sahibkarlıq subyektləri illik gəliri 200 min manatdan az və işçilərinin sayı 1-dən 10-a qədər olan şəxslərdir. Kiçik sahibkarlıq subyektləri 11-50 nəfərədək işçisi və 3 milyon manatadək illik gəliri olan müəssisələrdir. Orta sahibkarlıq 51-250 nəfər işçisi və 30 milyon manatadək gəliri olan təsərrüfat subyektlərini əhatə edir. Bu göstəriciləri aşan hüquqi və fiziki şəxslər isə iri sahibkarlıq subyektləri hesab olunur.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?