Azərbaycanda mikro kreditlərin həcmi 4 mlrd. manata çatır

Azərbaycanda mikro kreditlərin həcmi 4 mlrd. manata çatırAzərbaycanda kiçik və mikro sahibkarlıq subyektlərinə verilən bank kreditlərinin həcmi artmaqdadır.
Banker.az Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin may ayının sonuna kiçik sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 1.76 mlrd. manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.46% və ya 258.46 mln. manat çoxdur.
Mikro sahibkarlara ayrılan kreditlər isə daha sürətlə artaraq 3.81 mlrd. manata yüksəlib. Bu, illik müqayisədə 19.31% və ya 615.76 mln. manat artım deməkdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 556 nömrəli Qərarı sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri kateqoriyalar üzrə təsnifatını müəyyən edir və bu təsnifat əsasən işçilərin sayı və illik gəlir göstəricilərinə əsaslanır. Qərara görə, mikro sahibkarlıq subyektlərinə 1–10 nəfər işçisi olan və illik gəliri 200 min manata qədər olan müəssisələr daxildir. Kiçik sahibkarlıq subyektləri isə 11–50 nəfər işçisi olan və illik gəliri 200 min manatdan 3 milyon manata qədər olan müəssisələrdir. Orta sahibkarlıq subyektlərinə 51–250 nəfər işçisi olan və illik gəliri 3 milyon manatdan 30 milyon manata qədər olan müəssisələr aid edilir. İri sahibkarlıq subyektləri isə 250 nəfərdən çox işçisi olan və illik gəliri 30 milyon manatdan artıq olan müəssisələr kimi müəyyən edilir.Azərbaycanda mikro kreditlərin həcmi 4 mlrd. manata çatır

Banklar     Tarix: 02 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq