Azərbaycanda nağd pul kreditləri üzrə orta faiz dərəcəsi artıb
Azərbaycan Mərkəzi Bankı "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.
Məlumata görə, 30 sentyabr 2023-cü il tarixi ilə müqayisədə 30 sentyabr 2024-cü il tarixində orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 1 faiz bəndi azalaraq 24%, avtomobil kreditləri üzrə 1 faiz bəndi azalaraq 12%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 3 faiz bəndi azalaraq 16% təşkil edib.
Orta faiz dərəcəsi məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 1 faiz bəndi artaraq 25%-ə, digər istehlak kreditləri (nağd pul krediti) üzrə 1 faiz bəndi artaraq 20%-ə yüksəlib.
İstehlak krediti - günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur.

/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?