Azərbaycanda ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq – Mərkəzi Bank
Ölkədə fəaliyyət göstərən ödəniş sistemlərinin fəaliyyəti lisenziyalaşdırılacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə tənzimləyici mexanizmlər hazırlanmaqdadır.
"Mərkəzi Bank həm nağdsız ödənişlərin genişləndirilməsi, həm onun qanunvericilik bazasının möhkəmləndirilməsi, bazarda rəqabət mühitinin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir və bu istiqamətdən biri məhz qanunvericilik bazasının formalaşdırılmasıdır ki, bu da qanunvericilik bazasının tərkibində müvafiq normativ aktların müəyyən olunmasıdır. Qanunvericilik qüvvəyə mindikdən sonra, artıq ödəniş təşkilatlarının, BOKT-ların, elektron pul təşkilatlarının fəaliyyəti, vasitəçilik xidmətləri tənzimlənəcək. Təbii ki, bu fəaliyyət icazə verilən, lisenziyalanan fəaliyyət olacaq və onların tənzimlənməsi çərçivəsində, onlara qarşı texnoloji təhlükəsizlik, normayaratma tədbirləri qoyulacaq ", – deyə Fərid Osmanov qeyd edib. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
SMM nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın əh bahalı brendləri - TOP-10
Startup nədir və necə olur?