Azərbaycanda şəxs vəfat edərsə, krediti kim ödəməlidir? – Məhkəmə təcrübəsi

Azərbaycanda şəxs vəfat edərsə, krediti kim ödəməlidir? – Məhkəmə təcrübəsiAzərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Banker.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilir.
İşin hallarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı borcalana 45 ay müddətinə illik 25% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdələrinə götürüblər. Həmçimin iki şəxs borcalan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün zamin durub. Lakin cavabdeh 1 il sonra vəfat edib. 30 iyul 2022-ci il tarixli maliyyə arayışına görə müqavilə üzrə cəmi 7.887 manat borc yaranıb.
Sonra iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
cavabdehlərdən 7 min 887 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
İddianın əsaslarına görə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-
cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən varis və zaminlərə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması və bununla bağlı banka müraciət edilməsi təklif edilib. Buna baxmayaraq, borclu varis və zaminlər təklifi qəbul etməyib və fərmandan irəli gələn güzəştlərdən istifadə etməyiblər.
Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, ididaçı bank əsas borclunun vərəsəsi qismində olan cavabdehə qarşı borcun ödənilməsi tələbini irəli sürsə də, varisin əsas borclunun vərəsəsi qismində onun miras əmlakını qəbul etməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməyib. Buna görə də şəxsin vərəsə kimi hər hansı miras əmlakı qəbul etməsi halı sübut edilmədiyindən, onun vərəsə qismində miras əmlakı həddində borcun ödənilməsi öhdəliyi yaranmadığından, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olamaqla, təmin edilməməlidir.
Həmçinin məhkəmə iddia tələbinin zamin qismində çıxış edən cavabdehlər aid olan hissəsi ilə bağlı hesab edib ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində bağlanılmış zaminlik müqavilələrində onun qüvvədə olma müddəti qeyd edilməyib. Həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının başa çatmasından 1 ildən çox müddət keçib. Bu səbəbdən cavabdehlərin zaminliyinə xitam verilməlidir.
Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edib ki, hazırkı mülki iş üzrə 1 illik müddət 2020-ci ilin yanvar ayının 15-də bitdiyi halda (həmin tarixdə isə müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbirlər artıq həyata keçirilib), iddiaçı tərəfindən zaminlərə qarşı iki ilə yaxın müddət ötürülərək məhkəməyə müraciət edilib.
İddiaçının apellyasiya şikayəti də təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmənin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməsi barədə qərarı doğru deyil. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozub. Belə ki, Mülki Məcəllənin "Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü" adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Apellyasiya instansiyası məhkəməsi sözügedən mövqeyi ilə Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı ilə verilən şərhi də nəzərə almayıb.
Konstitusiya Məhkəməsi Plenumunun daha sonra 26 dekabr 2023-cü il tarixdə qəbul etdiyi Qərarda isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək, göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır.
Beləliklə, Ali Məhkəmə işi vərəsəyə münasibətdə ləğv edərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərib.

Banklar     Tarix: 17 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri