Azərbaycanda təminatsız banklararası bazarın həcmi açıqlanıb
2024-cü ildə Azərbaycanda təminatsız banklararası bazarın həcmi 101 milyard manatı keçib.
Bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"İstinad faiz dərəcəsi də uçot faizi həddi civarında olub", – deyə o qeyd edib.
Bundan başqa, Z.Nuiyev deyib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" bank sektorunun dayanıqlığının möhkəmləndirilməsini, sığorta, qiymətli kağızlar və ödəniş sektorlarının inkişafını əsas prioritetlər kimi müəyyənləşdirir. Burada maliyyə inklüzivliyinin genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması, maliyyə alətlərinin diversifikasiyası, sektorun səmərəliliyinin yüksəldilməsi, korporativ idarəetmənin tətbiqi, həmçinin şəffaflıq və dayanıqlığın gücləndirilməsi kimi strateji hədəflər vurğulanır. Bundan əlavə, sənəd hər sektorun potensial bazar imkanlarını, AMB-nin keyfiyyət standartlarını və risk əsaslı nəzarət mexanizmlərini müəyyən edir. Həmçinin, rəqəmsal və dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə savadlılığının artırılması kimi əsas istiqamətlərə də xüsusi diqqət yetirilir". / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?