Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank
Azərbaycanda yeni cəlb olunmuş müddətli manat depozitləri üzrə orta faiz dərəcəsi 2026-cı ilin iyun ayında 7.96% təşkil edib. Bu göstərici ilin əvvəlindəki 6.54%-lə müqayisədə 1.42 faiz bəndi yüksəkdir.
Banker.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, may ayı ilə müqayisədə manat depozitlərinin orta faiz dərəcəsi 7.99%-dən 7.96%-ə qədər cüzi geriləyib.
Yeni verilmiş manat kreditləri üzrə orta faiz dərəcəsi isə iyunda 18.30% olub. Bu göstərici may ayındakı 17.92%-lə müqayisədə 0.38 faiz bəndi artsa da, mart ayında qeydə alınmış 19.05%-lik səviyyədən aşağıdır.
Xarici valyutada yeni cəlb olunmuş müddətli depozitlər üzrə orta faiz dərəcəsi iyunda 2.60%-ə düşüb. Xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi isə maydakı 6.24%-dən 5.39%-ə enib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu il artıq dörd faiz qərarı açıqlayıb. Tənzimləyici sonuncu dəfə fevral ayında pul siyasətini yumşaldaraq uçot dərəcəsini 25 baza bəndi azaldıb və onu 6.5%-ə endirib. Həmin vaxt faiz dəhlizinin aşağı həddi 5.5%-ə, yuxarı həddi isə 7.5%-ə endirilib. Ölkədə may üzrə inflyasiya illik 5.6% təşkil edib.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?