Azərbaycandakı milyonçular - KİMDƏN GİZLƏNİR?…

Azərbaycandakı milyonçular - KİMDƏN GİZLƏNİR?…Demək olar ki, hər il dünya mediasında ən varlı insanlar haqqında statistika açıqlanır, hətta onların kimliyi, illik gəlirləri, sərvəti haqqında məlumatlar paylaşılır.
Eləcə də bax: Putin Azərbaycandan olan məşhur milyardçını - TƏLTİF ETDİ
FED.az xəbər verir ki, həmin siyahılarda Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı iş adamları – "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovun, "Crocus Group"un rəhbəri Araz Ağalarovun, "NortQaz" şirkətinin yaradıcısı Fərhad Əhmədovun və digər bir neçə nəfərin adları da müxtəlif sıralarda qeyd edilir.
Azərbaycana gəldikdə isə, bizneslə məşğul olan milyonçular haqqında ətraflı məlumat tapmaq mümkün deyil. Azərbaycanda da sərvəti milyonlarla ölçülən iş adamlarının olduğu heç kimə sirr deyil, ancaq rəsmi şəkildə milyoner və milyarderlərin sayı və kimliyi ictimaiyyətə açıqlanmır. Bunun səbəbi, eləcə də milyonçuların kimdən gizlənməsi illərdir ki, sirr olaraq qalır.
Lakin iqtisadçı ekspertlər hesab edirlər ki, Azərbaycanda həddindən artıq zənginlənmiş adamlar arasında vəzifə sahibi olan məmurlar da var. Məhz bu şəxslər və onların himayə etdiyi iş adamları rəsmən milyonçu kimi görünmək arzusunda deyilllər, eyni zamanda arxa planda qalmaqla diqqətləri üzərlərinə çəkmək istəmirlər.
Hətta bəzi iddialara görə, onlar deklarasiyası ilə bağlı qanunvericiliyin qəbul olunmasını da əngəlləməyə çalışırlar. Çünki sözügedən qanun qüvvəyə minərsə, gəlirləri barədə hesabat verməyə məcbur olacaq milyonçu və milyarderlərin varidatı da açığa çıxacaq. Bu zaman kimin milyonçu olduğu hər kəsə bəlli olacaq. Təbii ki, bu baş verərsə, həmin insanların balta kəsməyən varidatının mənbəyi də sorğu-sual olunacaq.
Bu barədə danışan Milli Məclisin deputatı Vahid Əhmədov gəlir deklorasiyası haqqında qanunun qəbulunu vacib hesab edir.
Deputatın fikrincə, milyonerlərin və milyarderlərin sayı bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da ictimaiyyətə açıqlanmalıdır:
"Gəlir deklorasiyası haqqında qanun qəbul edilərsə, normativ sənəd hazırlanacaq. Deklorasiyaya uyğun olaraq insanlar öz vəsaitlərini göstərəcəklər. Nəticədə, kimin nə qədər vəsaitinin olduğu aydınlaşacaq. Gəlir deklorasiyasına şəffaflıq baxımından böyük ehtiyac var. Qanunvericiliklə tənzimləndikdən sonra Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzi Nazirliyinə, banklara və digər qurumlara tapşırıq veriləcək ki, prosesi həyata keçirsinlər".
Vahid Əhmədovun fikrincə, gəlir deklorasiyası haqqında qanunun qəbulu milyoner və milyarderlərin özləri üçün də vacibdir: 
"Həmin şəxslər həddindən çox məbləğdən istifadə edərkən normal olaraq müəyyən problemlərlə qarşılaşırlar. İstənilən halda hesabat verməlidirlər. Amma gəlir deklorasiyası işə düşərsə, hər şey leqal olacaq".
Qeyd edək ki, gəlir deklorasiyası haqqında qanunun qəbulu dəfələrlə gündəmə gətirilsə də, heç bir nəticə əldə olunmayıb. Görünən odur ki, prosesin yubanması Azərbaycandakı gizli milyoner və milyarderlərin ürəyincədir. (Modern)

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler emlak xeberleri leobank kart pul qazanmaq rubl mezenne