Azərbaycanın bank sektorunun xalis mənfəəti 32 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 32 % artıb31 may 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 483, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 003 olmuşdur. 
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, hesabat ayında filial, şöbə və bank sektorunda çalışanların sayında azalma 1 bankın lisenziyasının geri çağırılması ilə bağlı olmuşdur. 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 45,921.8 mln. manat, cəmi öhdəlikləri 40,084.6 mln. manat, balans kapitalı 5,837.2 mln. manat olmuşdur. 
May ayında bankların kredit portfeli 1.4% və ya 279.6 mln. manat artaraq 20,659.3 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.1% (11,170.8 mln. manat), ıı) istehlak kreditləri – 30.1% (6,224.5 mln. manat) və ııı) ipoteka kreditləri – 15.8% (3,264 mln. manat). 
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.3% təşkil etmişdir. 
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 32,678.7 mln. manat. Bankların depozit portfeli cari ilin may ayında 1% və ya 311.8 mln. manat artmışdır. Depozit portfelinin 62.8%-i (20,535.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (12,143 mln. manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.  Hesabat ayında bankların əmanət portfeli 1.6% və ya 187.6 mln. manat artmışdır.
Əmanət portfelinin 53.2%-i (6,454 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,492.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2%-ni təşkil etmişdir. 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ilin əvvəlinə nəzərən 1.2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.2 faiz bəndi azalaraq 38% təşkil etmişdir. 
2023-cü ilin yanvar-may aylarında banklar 437.1 mln. manat xalis mənfəət, 644.1 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 32% və 28% artmışdır. 2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir. 
XXX
Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.
Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 921,8 milyon manat təşkil edib. Bu, ötən il iyunun 1-i ilə müqayisədə 11 % çoxdur. / marja.az

Banklar     Tarix: 23 iyun 2023

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler dollar məzənnəsi bitkoin bank faizleri kicik biznes