Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladıAktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan "ABB" ASC 2022-ci ilin 1-ci yarısını 118 milyon 417 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 148 milyon 150 min manat xalis mənfəətlə bağlamışdı. Ötən ilin müvafiq dövründə törəmə təşkilatdan əldə edilmiş birdəfəlik 40 milyon manat dividend məbləği nəzərə alınmadıqda isə Bankın xalis mənfəətində 10 milyon 268 min manat artım var. Bununla yanaşı, müqayisə edilən dövr ərzində Bankda mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar da 34 milyon manat artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Cari ilin ilk yarısında "ABB" ASC daha da böyüyüb, faiz gəlirləri artıb, eyni zamanda, faiz xərcləri azalıb. Marja.az xəbər verir ki, "ABB" ASC-nin faiz gəlirləri 2022-ci ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 427 min manat və ya 17,8% artaraq 253 milyon 856 min manat təşkil edib. Müqayisə olunan dövrdə Bankın qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövründə törəmə müəssisədən əldə edilmiş birdəfəlik dividend istisna olunarsa, 22 milyon 310 min manat artaraq 81 milyon 640 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-iyun dövründə "ABB" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335 milyon 496 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 160 milyon 491 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 35 milyon 372 min manat ayırıb və 21 milyon 216 min manat mənfəət vergisi hesablanıb.
AKTİVLƏRİ 12 MİLYARD MANATI AŞIB
2022-ci ilin 1-ci yarısında "ABB" ASC-nin cəmi aktivləri 12 milyard manat səviyyəsini də keçib. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi aktivləri 599 milyon 97 min manat və ya 5,2% artaraq 30 iyun 2022-ci il tarixində 12 milyard 82 milyon 954 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB
"ABB" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən bir il ərzində 740 milyon manat və ya 27% (ötən 6 ayda isə 341 milyon 393 min manat və ya 11%) artaraq 3 milyard 440 milyon 840 min manata, o cümlədən biznes kreditləri 414 milyon 212 min artaraq 1 milyard 772 milyon manata yüksəlib. Cari ilin birinci yarısında ABB 760 milyon manat biznes krediti verib, o cümlədən  təkcə ilin ikinci rübündə 460 milyon manat biznes krediti ayırıb.
Eyni zamanda, cari ilin ötən dövrü ərzində qiymətli kağızlara investisiyalar 42 milyon 45 min manat və ya 3,1% artaraq 1 milyard 405 milyon 561 min manata çatıb.
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
"ABB" ASC-nin depozit portfeli ötən ilin sonu ilə müqayisədə 858 milyon 817 min manat və ya 10,4% artaraq 9 milyard 120 milyon 483 min manata, o cümlədən fiziki şəxslərin əmanətləri 406 milyon 528 min manat artaraq 1 milyard 689 milyon 503 min manata, hüquqi şəxslərin depozitləri 452 milyon 289 min manat artaraq 7 milyard 430 milyon 980 min manata çatıb.
BANK SƏHMDARLARINA 125 MİLYON MANAT DİVİDEND ÖDƏYİB
Onu da qeyd edək ki, "ABB" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 30.06.2022-ci il tarixli qərarına əsasən, Bankın 2021-ci ildə əldə etdiyi mənfəətdən 125 milyon manat məbləğində vəsaitin ABB səhmdarlarına dividend şəklində ödənilməsi həyata keçirilib. Dividendlərin 120,8 milyon manatı dövlət büdcəsinə ödənilib.
BANKI-IN QISA AÇIQ VALYUTA MÖVQEYİ PROBLEMİ DƏ TAM HƏLL OLUNUB
Bankın restrukturizasiya prosesi nəticəsində yaranmış və uzun müddət davam edən qısa açıq valyuta mövqeyi problemi (235 milyon ABŞ dolları) də Mərkəzi Bankdan alınmış xarici valyuta vəsaitləri hesabına tam aradan qaldırılıb. Bununla da Bank Mərkəzi Bankın bütün prudensial normativlərinə riayət edib.
30 iyun 2022-ci il tarixində "ABB" ASC 1 milyard 340 milyon 978 min manat məcmu kapitala malik olub. Bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 18,28%, məcmu kapitalının adekvatlıq əmsalı 19,27% təşkil edib.

Banklar     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank