Azərbaycanın iqtisadi artım tempi aşağı düşüb

Azərbaycanın iqtisadi artım tempi aşağı düşüb2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı barədə məlumatlar açıqlanıb.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 90 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdır.
ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.
Sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda, 26,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3,6 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 65,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz, maşın və avadanlıqların istehsalı 30,2 faiz, tikinti materiallarının istehsalı 29,7 faiz, poliqrafiya məhsullarının istehsalı 28,9 faiz, içkilərin istehsalı 27,2 faiz, hazır metal məmulatlarının istehsalı 23,0 faiz, kağız və karton istehsalı 21,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, mebel istehsalı 9,5 faiz, neft məhsullarının istehsalı 9,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,1 faiz, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, əczaçılıq məhsullarının istehsalı 4,6 faiz, tütün məmulatlarının istehsalı 3,8 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,8 faiz, geyim istehsalı 12,3 faiz, sair sənaye məhsullarının istehsalı 13,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 16,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 faiz artmışdır.
İnvestisiyalar
023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard 258,0 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilmişdir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 8 milyard 414,6 milyon manatı və ya 59,0 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 108 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 31,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10 milyard 444,4 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil etmişdir.

Maliyyə     Tarix: 14 noyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler dollar kursu valyuta kurslari dollar manat kursu telefonla pul qazanmaq