Azərbaycanın iri bankının xalis mənfəəti 2 dəfə artıb

Azərbaycanın iri bankının xalis mənfəəti 2 dəfə artıbAzərbaycanın ən böyük banklarından biri olan "Xalq Bank" 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 11 milyon 828 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 819 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Xalq Bank"ın xalis mənfəəti 2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmanın azalması ilə əlaqədardır. 
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja xəbər verir ki, "Xalq Bank"ın faiz gəlirləri 2021-ci ilin 1-ci yarısında 47 milyon 249 min manat ikən, 2022-ci ilin 1-ci yarısında 51 milyon 38 min manata yüksəlib (3 milyon 788 min manat və ya 8% artıb). Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 584 min manatdan 9 milyon 535 min manata qalxıb (3 milyon 952 min manat və ya 70,7% artıb). 
2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında  "Xalq Bank"ın əməliyyat mənfəəti 16,2% artaraq 19 milyon 642 min manat təşkil edib. Bank 2021-ci ilin eyni dövründə 16 milyon 901 min manat əməliyyat mənfəəti əldə etmişdi. 
Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırması 8 milyon 192 min manatdan 5 milyon 262 min manata düşüb. 
BANK DAHA DA BÖYÜYÜB
30 İyun 2022-ci il tarixində "Xalq Bank" ASC 2 milyard 532 milyon 370 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 450 milyon 158 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 2 milyard 339 milyon 392 min manat cəmi aktivlərə və 1 milyard 406 milyon 980  min manat kredit portfelinə malik idi. Beləliklə, 2022-ci ilin ilk 6 ayında "Xalq Bank"ın cəmi aktivləri 192 milyon 978 min manat və ya 8,2%, kredit portfeli isə 43 milyon 178 min manat və ya 3,1% artıb.
2021-ci ilin sonu ilə müqayisədə Xalq Bankda depozitlər 162 milyon 341 min manat və ya 10,5% artaraq 30 iyun 2022-ci il tarixində 1 milyard 705 milyon 609 min manata çatıb.
30.06.2022-ci il tarixində "Xalq Bank" 450 milyon 200 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank