Azərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıb

Azərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıbAzərbaycanda fəaliyyət göstərən ən böyük 5 bankdan biri olan "Xalq Bank" 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 37 milyon 914 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 11 milyon 828 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 3,2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. 
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 86 milyon 570 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 48 milyon 601 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 37 milyon 969 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri 60 milyon 573 min manat, cəmi əməliyyat xərcləri 39 milyon 911 min manat, əməliyyat mənfəəti 20 milyon 662 min manat təşkil etmişdi. 
2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Xalq Bank"ın faiz gəlirləri 43,3% artaraq 73 milyon 134 min manata, qeyri-faiz gəlirləri isə 41% aratraq 13 milyon 435 min manata yüksəlib. "Xalq Bank"ın qiymətli kağızlar üzrə faiz gəlirləri, digər banklardakı depozitlər üzrə faiz gəlirləri kəskin artıb.
BANK BÖYÜYÜB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı ərzində "Xalq Bank"ın cəmi aktivləri 186 milyon 237 min manat və ya 6,9% artaraq 30 İyun 2023-cü il tarixində 2 milyard 871 milyon 307 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 23 milyon 468 min manat artaraq 1 milyard 764 milyon 102 min manata yüksəlib. 
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYANI 2 DƏFƏDƏN ÇOX ARTIRIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı ərzində "Xalq Bank" qiymətli kağızlara investisiyaları 2 dəfədən çox artıraraq 395 milyon 652 min manata çatdırıb.
DEPOZİT PORTFELİ 2 MİLYARD MANATI KEÇİB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı ərzində "Xalq Bank"da depozitlər isə 198 milyon 891 min manat və ya 9,7% artaraq 2 milyard 54 milyon 149 min manata qalxıb. 
MƏCMU KAPİTALI DA ARTIB
30 İyun 2023-cü il tarixində "Xalq Bank" 437 milyon 942 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 427 milyon 58 min manat məcmu kapitala malik idi.
Azərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıbAzərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıbAzərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıbAzərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıbAzərbaycanın iri bankının xalis mənfəəti 3 dəfədən çox artıb

Banklar     Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne