Azərbaycanın iri özəl bankı qlobal bankda müxbir hesabı açdı

Azərbaycanın iri özəl bankı qlobal bankda müxbir hesabı açdıUnibank KB Bank of New York Mellon-da müxbir hesabı açıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu, "Unibank"ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov bu müqaviləni yüksək qiymətləndirib:
"Bu əməkdaşlıq "Unibank"ın xarici maliyyə inistitutları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində  atdığı növbəti uğurlu addımlardan biridir. Bankımız qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək, müştərilərimiz üçün çox əhəmiyyətli olan bu əməkdaşlığın əldə olunmasına nail oldu. Bu müqavilə həm də Banka olan yüksək etimadın göstəricisidir. Xidmətləri beynəlxalq arenada genişləndirməyimiz müştərilərimizin, eyni zamanda kiçik və orta sahibkarlığın və mikro biznesin ölkə xaricinə köçürmələrini, ödənişlərini daha da asanlaşdıracaq". 
Qeyd edilib ki, Amerika bankında birbaşa müxbir hesab Unibank müştərilərinə transsərhəd ödənişlər üçün ABŞ dolları ilə daha çevik və səmərəli hesablaşmalar aparmağa və komissiya xərclərini azaltmağa imkan verəcək.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1,5 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 
Azərbaycanın iri özəl bankı qlobal bankda müxbir hesabı açdı/ marja.az

Banklar     Tarix: 15 noyabr 2022

Oxşar xəbərlər

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler dollarin kursu bu gun valyuta xeberleri bank faizleri dollar məzənnəsi