Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıb

Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıbAzərbaycanın aparıcı özəl banklarından olan "Unibank" KB və İsveçrənin nüfuzlu "BlueOrchard Finance Ltd." investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.
Bankdan Marja.az-a verilən məlumata görə, bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici standartlara  uyğun olaraq 2-сi kapital kimi tanınacaq.

"Yeni kredit sazişi "Unibank"ın kapital mövqeyini daha da gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə resurslarına olan tələbatın ödənilməsi  Unibank üçün prioritet istiqamətlərdən biridir", -məlumatda deyilir.
"Unibank" KB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
"BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə, həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını genişləndirmək istiqamətindəki missiyamızla uyğundur."
"BlueOrchard Finance Ltd." şirkətinin Avrasiya üzrə regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:
"Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur. Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə uzlaşır.."
"Unibank" KB haqqında
1992-ci ildə təsis olunan "Unibank" KB Azərbaycan bank sektorunun aparıcı özəl maliyyə qurumlarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, xüsusilə mikro, kiçik və orta sahibkarların ehtiyaclarına yönəlmiş həllər təklif edir. Unibank müasir texnologiyaları tətbiq etməklə dayanıqlı inkişaf strategiyasını həyata keçirir və ölkənin iqtisadi tərəqqisinə fəal töhfə verir.

Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıb

Banklar     Tarix: 10 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu