Azərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün hesabına böyüyüb - 84 FAİZLİK PAY

Azərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün hesabına böyüyüb - 84 FAİZLİK PAYAzərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün – həyatın yaşam sığortasının, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və daşınmaz əmlakın icbari sığortasının hesabına böyüyüb.
Marja.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, sığorta şirkətləri tərəfindən 2023-cü ilin birinci yarısında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 157 milyon 340 min manat və ya 32% çox olmaqla 648 milyon 945 min manat sığorta haqları hesablanıb. Hesablanmış sığorta haqlarının 470 milyon 656 min manatı (72,5%-i) könüllü, 178 milyon 289 min manatı (27,5%-i) icbari sığortalar üzrə olub. O cümlədən, cəmi sığorta haqlarının 333 milyon 266 min manatını (51,4%-i) həyat sığortaları, 315 milyon 677 min manatını (48,6%-i) qeyri-həyat sığortaları üzrə haqlar təşkil edib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında sığorta şirkətləri tərəfindən 491 milyon 605 min manat  sığorta haqları hesablanmışdı. Sığorta haqlarının 366 milyon 698 min manatını (74,6%-ni) könüllü, 124 milyon 907 min (25,4%-ni) manatı icbari sığortalar üzrə olmuşdu. O cümlədən, O cümlədən, cəmi sığorta haqlarının 245 milyon 897 min manatını (təxminən 50%-ni) həyat sığortaları, 245 milyon 708 min manatını (təxminən 50%-ni) qeyri-həyat sığortaları üzrə haqlar təşkil etmişdi. 
Beləliklə, cəmi sığorta haqlarında könüllü sığortaların xüsusi çəkisi azalıb, icbari sığortaların xüsusi çəkisi artıb. Həmçinin həyat sığortalarının xüsusi çəkisi artıb, qeyri-həyat sığortalarının xüsusi çəkisi azalıb.
2023-cü ilin birinci yarısında 2022-ci ilin eyni dövrü ilə müqayisədə könüllü həyat sığortaları üzrə hesablanmış sığorta haqları 83 milyon 231 min manat və ya 40,5% artaraq 288 milyon 783 min manat (o cümlədən həyatın yaşam sığortası üzrə sığorta haqları 82 milyon 80 min manat artaraq 273 milyon 665 min manat təşkil edib), icbari həyat sığortaları üzrə hesablanmış sığorta haqları isə 4 milyon 140 min manat və ya 10,3% aratraq  44 milyon 485 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında 2022-ci ilin eyni dövrü ilə müqayisədə könüllü qeyri-həyat sığortaları üzrə hesablanmış sığorta haqları  20 milyon 726 min manat və ya 12,7% aratraq 181 milyon 873 min manat, icbari qeyri-həyat sığortaları üzrə hesablanmış sığorta haqları isə 49 milyon 243 min manat və ya  58,2% artaraq 133 milyon 804 min manat təşkil edib ( o cümlədən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqlar 28 milyon 426 min manat, daşınmaz əmlakın icbari sığortası üzrə haqlar isə 20 milyon 790 min manat artıb).
2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin birinci yarısında sığorta şirkətləri tərəfindən hesablanmış sığorta haqlarındakı 157 milyon 340 min manatlıq artımın 83 milyon 231 min manatı (52,2%-i) həyatın yaşam sığortası, 49 milyon 243 min manatı (31,3%-i)  icbari qeyri-həyat sığortaları (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası) üzrə olub. Beləliklə, sığorta bazarındakı artımın 84,2%-i və ya 132 milyon 474 min manatı bu 3 növünün payına düşüb.
Azərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün hesabına böyüyüb - 84 FAİZLİK PAYAzərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün hesabına böyüyüb - 84 FAİZLİK PAYAzərbaycanın sığorta bazarı əsasən 3 sığorta növünün hesabına böyüyüb - 84 FAİZLİK PAY

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne