Azərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına yaşayır

Azərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına yaşayır2024-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycanın sığorta şirkətləri tərəfindən hesablanmış 725 milyon 161 min manat sığorta haqlarının 357 milyon 728 min manatı və ya 49,3%-i könüllü həyat sığortalarının, 184 milyon 98 min manatı və ya 25,4%-i icbari sığortaların payına düşüb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Könüllü həyat və icbari sığortalar birlikdə bazarın 74,7%-ini və ya 541 milyon 826 min manatlıq hissəsini formalaşdırıb. Könüllü həyat və icbari sığortalar istisna olmaqla sığorta bazarının həcmi cəmi 183 milyon 335 min manat olub.
Həyat sığortalarının 337 milyon 898 min manatlıq hissəsi həyatın yaşam sığortasının hesabına formalaşıb. 
Könüllü həyat sığortalarına - həyatın yaşam sığortası, həyatın ölüm halından sığortası, əmək qabiliyyətinin sığortası və sağalmaz xəstəliklərdən sığorta daxildir. İcbari sığortalar isə  - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasından,  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından, daşınmaz əmlakın icbari sığortasından, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasından, sərnişinlərin icbari fərdi qəza sığortasından və digər icbari sığorta növlərindən ibarətdir.
CÜZİ ARTIB
2024-cü ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə könüllü qeyri-həyat sığortası bazarı cəmi 1 milyon 462 min manat və ya 0,8% artaraq 183 milyon 335 min manat təşkil edib.
Cari ilin ilk 6 ayında artım icbari sığortalar üzrə 5 milyon 808 min manat, könüllü həyat sığortaları üzrə isə 68 milyon 946 min manat məbləğində olub. Bu artımın da 64 milyon 233 min manatı həyatın yaşam sığortasının payına düşüb.
Beləliklə, 2024-cü ilin ilk 6 ayı ərzində sığorta bazarındakı 76 milyon 217 min manatlıq artımın böyük hissəsi həyatın yaşam sığortasının və icbari sığortaların hesabına olub. 
Xəbər verdiyimiz kimi, 2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 725 milyon 162 min manat sığorta haqları hesablanıb, 356 milyon 633 min manat sığorta ödənişləri həyata keçirilib. Qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən 648 milyon 945 min manat sığorta haqları hesablanmış, 225 milyon 32 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, bu il hesablanmış sığorta haqları 11,7%, sığorta ödənişləri isə 58,5% artıb. 
 Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri
Azərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına yaşayırAzərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına yaşayırAzərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına yaşayırAzərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına yaşayır

Banklar     Tarix: 23 iyul 2024

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun