Azərbaycanın sığorta sektorunun aktivləri ötən il 13 %-dən çox artıb
Ötən ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 804 milyon manat təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin sonu ilə müqayisədə 13,2 % çoxdur.
Bu ilin əvvəlinə sektorun aktivlərinin 952 milyon manatı və yaxud 52,8 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 32,4 % çoxdur.
O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 33,2 % artaraq 842 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 26,4 % artaraq 110 milyon manata çatıb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 1,9 % artaraq 325 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 21 % azalaraq 94 milyon manat, digər aktivləri isə 1,1 % azalaraq 433 milyon manat təşkil edib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Freelance" nədir?
Biznes təlimlər və tədris üsulları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SMM nə deməkdir?
Shopify-da necə satışa başlamaq olar?