Azərbaycanın sığorta şirkətinin reytinqinin proqnozu "stabil"dən "müsbət"ə qaldırıldı

Azərbaycanın sığorta şirkətinin reytinqinin proqnozu "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB" səviyyəsində, reytinq üzrə proqnozun isə "Stabil" səviyyəsindən "Müsbət"ə keçdiyini təsdiqləyib.
Marja.az xəbər verir ki,  bu barədə "PAŞA Sığorta"nın yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, bu göstərici "PAŞA Sığorta"nın beynəlxalq standartlara uyğun korporativ idarəetmə sisteminə sahib olduğunun və uzunmüddətli maliyyə dayanıqlığının bariz nəticəsidir.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
"Beynəlxalq sığorta bazarında mövcud olan yenilikləri, müxtəlif trendləri yerli bazara gətirərək hər zaman müştərilər üçün innovativ imkanlar yaratmağa çalışan PAŞA Sığorta şirkəti yenidən qlobal dəyərləndirmədən keçib. Beynəlxalq reytinq agentliyi olaraq bütün dünyada maliyyə və sığorta sahəsində mövcud olan müxtəlif şirkətləri dəyərləndirən "S&P Global Ratings" reytinq agentliyi PAŞA Sığorta şirkətinin fəaliyyətini yüksək dəyərləndirib. Agentliyin yenidən işlənmiş kapital modelinə görə, PAŞA Sığortanın 2022-ci ildə kapital adekvatlığı göstəricisi 99.8%-lik əminlik səviyyəsindən yuxarı olub və növbəti iki ildə də bu səviyyələrdə qalacağı gözlənilir. Bu, 2024-2025-ci illərdə orta bazar göstəricilərinə uyğun olaraq sığorta haqlarının 10%-15%-lik artımı, kapitalın 30%-dən çox gəlirliliyi və xalis mənfəətin 20%-25%-ə qədərinin kapitalda saxlanılması ilə yüksək gəlirlilik gözləntilərini özündə əks etdirir.
PAŞA Sığortanın 2023-cü ildə sığorta haqları yığımı illik müqayisədə 37 faiz artaraq 293.09 mln. manat, ödənişlər isə 2.1 dəfə artaraq 144.01 mln. manat olub",- məlumatda deyilir.

Banklar     Tarix: 14 fevral 2024

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi